Azərbaycandan Türkiyəyə bəzi malların ixracına qoyulmuş qadağa götürüldü

16:32 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı  zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a bildirilib ki, 2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb.

Heyvanların yoluxucu xəstəliyi olan nodulyar dermatit viruslar tərəfindən törədilir və ölkəmizdə ilk dəfə 2014-cü ildə baş verib.

Bu viruslar qansoran həşəratlar vasitəsilə də yayıldığı üçün bəzi hallarda mövsümi epizootiyaların yaranmasına səbəb olur. Xəstəlik heyvanların tələfatı və onların məhsuldarlığının aşağı düşməsinə, bununla da ciddi iqtisadi itkilərə səbəb olur. Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq təlimatlarına əsasən, xəstəlik baş vermiş ölkələrdən və ya zonalardan iribuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatına məhdudiyyət tətbiq edilir.

2021-ci il 27-29 sentyabr tarixlərində ölkəmizdən Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

 

Вся лента