Azərbaycanda Məhsul əsaslı Məsləhət Platformaları yaradılır

17:33 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Aqrar məsləhət xidmətinin fermerlər üçün (xüsusilədə kiçik və orta fermerlər) əlçatan etmək məqsədilə təklif edilən Məhsul əsaslı Məsləhət Platformaları Azərbaycanın 2 bölgəsində sınaqdan keçirilir.

ABC.AZ xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən xəbər verir.

Məlumata görə, platformalar Avropa İttifaqının maliyyələşdirdiyi, FAO-nun həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində yaradılıb. Layihənin pilot regionları seçilmiş Gəncə-Qazax və Quba-Xaçmaz bölgələrində 6 Məhsul əsaslı Məsləhət Platforması təşkil edilib. Şəmkirin Əliyaqublu kəndində pomidor, Samuxun Sərkar kəndində günəbaxan, Ağstafanın Böyükkəsik kəndində sorqo, Qubanın Çaykənarı (Alekseyevka) kəndində alma, Xaçmazın Hacıəlibəy kəndində gilas, Sayad kəndində isə açıq sahədə becərilən pomidor bitkisi üzrə yaradılmış məhsul əsaslı məsləhət platformalarının hər birinə layihə tərəfindən fasilitator – vasitəçi cəlb olunub.

 

Вся лента