“NEQSOL Holding”in “Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

11:48 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. “NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti tərəfindən icra edilən və Avropanı Orta və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi 29 sentyabr-01 oktyabr tarixlərində Sinqapurda keçirilmiş “Submarine Networks World 2021” konfransında təqdim edilib.

Qlobal olaraq sualtı infrastrutura malik dünyanın ən nüfuzlu və qabacıl telekommunikasiya, eləcə də texnologiya şirkətlərini təmsil edən 100-dən çox çox məruzəçinin iştirakı ilə keçirilmiş nüfuzlu konfrans bu il virtual formatda baş tutub.

“AzerTelecom” şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze konfransda iştirak edərək “Göllər və dənizə çıxışı olmayan ölkələr” adlı paneldə məruzəçi qismində çıxış edib. Ana Nakaşidze “NEQSOL Holding” tərəfindən təşəbbüş olunmuş və “AzerTelecom” şirkəti tərəfindən icra olunan, Avropa ilə Asiya arasında Gürcüstan və Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını hədəfləyən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi haqqında danışıb.

O göllərin ətrafında yerləşən və dənizə çıxışı olmayan ölkələr arasında bağlantı əlaqələrinin qurulmasının çətinliklərini qeyd edərək layihənin icrasında əsas çağırışları vurğulayıb. Bildirilib ki, “Rəqəmsal İpək Yolu” layihəsi bağlantı xidmətlərinin inkişafı nöqteyi nəzərindən yeni imkalar yaradır və bu baxımdan bütün region üçün mühüm əhəmiyyət kəsb edir.

“”Rəqəmsal İpək Yolu” layihəsi və onun Xəzər dəniz komponenti olan və Xəzər dənizinin dibi ilə Azərbaycan və Orta Asiya ölkələri arasında çəkiləcək “Transxəzər Fiber Optik Kabel Xətləri” data trafkinin artımına əhəmiyyətli töhfə verəcək və bütün regonun internet bağlantısı ilə daha yaxşı təmin olunması baxımında yeni imkanlar açacaq” - deyə Ana Nakaşidze bildirib.

“AzerTelecom” haqqında: “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Şirkət Avropanı Orta və Cənubi Asiyaya bağlayan irimiqyaslı rəqəmsal infrastruktur layihəsi olan “Rəqəmsal İpək Yolu” layihəsini icra edir.  2020-ci ildə “Rəqəmsal İpək Yolu” layihəsi ABŞ-da keçirilən “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

“Submarine Networks World” haqqında: “Submarine Networks World” hər il keçirilən və dünyada sualtı infrastrutura malik şirkətlərin iştirak etdiyi ən böyük tədbirdir. Adətən Sinqapurda keçirlən tədbir bu il virtual fotmatda baş tutub. 100-dən çox məruzəçi və 800 iştirakçıdan ibarət inanılmaz bir heyət təqdim edərək, konfransda məzmun strateji olaraq elə planlaşdırılıb ki, mümkün qədər daha çox saat qurşaqlarından olan iştirakçılar özlərinin heyətləri ilə birgə tədbirdə canlı olaraq iştirak edə bilsinlər.

Вся лента