“Formula-1” yarışı zamanı Bakı metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək

17:05 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" qran-prisi ilə əlaqədar olaraq, Bakı metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.

Bakı metropoliteninin məlumatında deyilir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, metro rəhbərliyi yarışın keçirildiyi günlərdə metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib.

Məqsəd tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və istirahət yönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaqdır. Zəruri hallarda “İçərişəhər” və “28 May” stansiyaları gecə saat 2-yə qədər açıq olacaq.

 

Вся лента