Azərbaycanın bu şirkəti dünyada 8-cidir

11:09 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. "Ətraf mühit, Sosial və Korporativ İdarəetmə" (ESG) reytinqində dünyanın aparıcı qurumlarının müstəqil auditorları tərəfindən qiymətləndirilən “Petkim” davamlılıq meyarları baxımından 206 şirkət arasında 8-ci yerdə qərarlaşıb.

SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, davamlı istehsalı diqqət mərkəzində saxlayan “SOCAR Türkiyə”-nin törəmə müəssisələrindən olan “Petkim” dünyanın tanınmış müstəqil auditor şirkəti “Sustainanalytics” tərəfindən hazırlanan və müxtəlif sektorların şirkətlərini qiymətləndirən “Ətraf mühit, Sosial və İdarəetmə” (ESG) başlıqlarının risk reytinqində diqqətəlayiq nəticə əldə edib.

Dünya şirkətlərin fəaliyyətlərinin ətraf mühitə, cəmiyyətə və korporativ quruluşa təsirləri üzrə qiymətləndiroldiyi ESG meyarlarında Petkim "Kommersiya məqsədli kimyəvi maddələr" kateqoriyalı risk reytinqində 206 şirkət arasında 8-ci sırada yer alaraq əhəmiyyətli bir uğura imza atıb.

Müəllif: Elmir Murad

Вся лента