Bakı may bayramlarında Rusiya turistlərinin səyahəti üçün MDB-nin ən populyar şəhərlərinin ilk üçlüyündədir

11:06 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Rusiyanın mənzil sifarişi xidməti Tvil.ru Rusiya turistlərinin may bayramları istirahəti üçün MDB-nin hansı şəhərlərində daha çox mənzil sifariş etdiklərini açıqlayıb.

Reytinq 2018-ci il aprelin 29-dan mayın 10-na qədər  dövr ərzində  otel və mənzillərin  sorğusu və sifarişlərinin təhlili əsasında tərtib edilib.

Rusiyada “uzun” bayram istirahət günləri  aprelin 29-dan mayın 2-nə kimi olmaqla, dörd gün, həmçinin mayın 5-i, 6-ı və 9-u olacaq.

Minsk, Astana, Bakı, Yerevan və Brest may bayramlarında Rusiya turistlərinin səfərləri üçün MDB ölkələrinin ilk beş şəhərləri siyahısına  daxildir.

Tvil.ru saytının məlumatına əsasən, Bakıda turistlər may ayının əvvəlində ortalama 4 gecə üçün mənzil sifariş edəcəklər  və sutkada 3,3 min rubl xərcləyəcəklər.

May bayramlarında səyahət üçün populyar  MDB ölkələrinin ilk beş şəhəri:

Minsk - 2,8 min rubl / 3,5 gecə *

Astana - 3,2 min rubl / 2,5 gecə

Bakı - 3,3 min rubl / 4 gecə

Yerevan - 2,8 min rubl / 4 gecə

Brest - 2 min rubl / 1,5 gecə

* Bir sutkada yaşama üçün orta ödəniş / sifariş edilmiş gecələrin orta rəqəmi

Tvil.ru -  səyahət və istirahət üçün mehmanxanalar, mənzillər və evlərin online sifarişi üzrə Rusiyanın aparıcı saytdır.

 

 

Вся лента