Azərbaycan İranın Astara bölgəsində inşa etdiyi yeni terminaldan malların yüklənməsi üçün sifarişlər almağa başladı

11:36 - 12.04.2018


12 aprel, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC, artıq İranın Astara bölgəsində inşa edilmiş yeni yük terminalı üçün sifarişlər almağa başladı.

QSC-in sədri Cavid Qurbanovun sözlərinə görə, artıq 200-dən çox sifariş daxil olub.

“Terminallardan İranın daxili bazarı ilə yanaşı, Suriyaya və İraqa da mal gedəcək. Hazırda əsasən taxta daşınır. Gələcəkdə İrandan Rusiyaya meyvə göndərilməsi mümkün ola bilər. 200-dən çox sifariş var. Ukraynanın daxili bazarı üçün də iş görüləcək”, - Cavid Qurbanov bunu deyib.

 

Вся лента