İcbari tibbi sığorta çərçivısində bu qədər xidmət göstərilib

11:56 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin sentyabr ayı ərzində 58 şəhər və rayonda 394 063 vətəndaşa 1 744 700 tibbi xidmət göstərilib.

Agentlikdən ABC.AZ-a bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 722 müraciət daxil olub.

Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 575 587-si ambulator, 169 113-ü isə stasionar şəraitdə göstərilib.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə zədələr və zəhərlənmələr ilə bağlı olub.

 

Вся лента