Çindən kriptovalyuyalara qadağa

15:20 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Çin Mərkəzi Bankı kriptovalyutalarla bağlı yeni qərar verib.

ABC.AZ-ın məlumatına görə, ölkənin əsas Bankı  kriptovalyutalarla əlaqədar bütün əməliyyatların qadağan edildiyini açıqlayıb.

Bankdan bildirilib ki, kriptovalyutalar ilə əlaqədar qeyri-qanuni maliyyə fəaliyyətləri göstərənlər cəzalandırılacaq.

Açıqlamada Bitcoin də daxil olmaqla heç bir kriptovalyutanın rəsmi pul vahidi olmadığı qeyd edilib.

Müəllif: Elmir Murad

Вся лента