Türk lirəsi daha da ucuzlaşdı - Səbəb

15:37 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Türkiyənin əsas Bankı pul siyasəti faizini 18%-dən16% səviyyəsinə endirib.

Bu, qitisadçıların gözləntisindən çoxdur. İqtisadçılar faizin 0,5 bənd azaldılaraq 17,5%-ə salınacağını gözləyirdilər.

Qərardan sonra Türk Lirəsinin ucuzlaşması daha da sürələnib.

Dollar/TL məzənnəsi 9,4867-ni görüb. Lirə dollar qarşısında 2,5% dəyər itirib.

 

Вся лента