İran Azərbaycanı hədəfə ala bilməz – Ərdoğan

15:54 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O sözlərinə belə davam edib: “Mənim şəxsən belə bir gözləntim yoxdur. Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir. Bu, düşünməyə vadar edir. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”.

 

Вся лента