Azərbaycanda Rusiya ilə sərhədə qədər yeni yolun tikintisinə başlanılıb

11:26 - 13.04.2018


13 aprel, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi, Rusiya ilə sərhədə qədər, “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsi olan,  yeni yolun tikintisinə başlayıb.

Dövlət Agentliyinin məlumatında deyildiyi kimi, birinci texniki səviyyəyə uyğun olacaq Bakı-Quba-Rusiya yolu, Z.Tağıyev qəsəbəsinin ərazisindən başlanacaq.

Yol, dörd zolaqdan ibarət olacaq. Yolun uzunluğu 157 km təşkil edəcək.

Yolun parametrləri ilə  http://www.aayda.gov.az/az/news/1343 linkinə keçid almaqla ətraflı tanış olmaq olar.

 

Вся лента