Naxçıvan-Məşhəd - Naxçıvan qatarının hərəkətinə dəyişiklik edilib

16:02 - 13.04.2018


13 aprel, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik  edir.

ADY-in məlumatında deyilir ki, aprelin 15-dən etibarən qatar Naxçıvana 1-ci günlər yola düşəcək.

Naxçıvandan 1-ci gün yola çıxan qatar, ikinci gün Məşhəd stansiyasına çatacaq, oradan üçüncü gün yola düşəcək, Naxçıvana isə  4-cü gün çatacaq.

 

Вся лента