16:28 - 13.04.2018
13 aprel, Fineko/abc.az. Azərbaycan əhalisi 2018-ci ilin I rübündə istehlak mallarının pərakəndə ticarətində 8,491,7 milyon manat məbləğində mal əldə edib.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, bu, 2017-ci ilin eyni dövrünün göstəricisindən 2,6% çoxdur.
2018-ci ilin 1-ci rübündə Azərbaycan əhalisi 4,3 mlrd. manat məbləğində ərzaq məhsulları, içki və tütün məmulatları, 4,2 milyard manat məbləğində isə qeyri-ərzaq malları əldə edib.
Hesabat dövründə pərakəndə satış şəbəkəsində istehlak xərclərinin 45,7%-i qida məhsulları, 5%-i içkilər və tütün məhsulları, 17,7%-i tekstil məhsulları, geyim və ayaqqabı, 6%-i elektrik avadanlıqları və mebel, 5,7%-i - avtomobil yanacağı, 1.2%-i əczaçılıq və tibbi məhsullar, 0.7%-i kompüter, telekommunikasiya və çap avadanlığı, 18% -i digər qeyri-ərzaq məhsulların payına düşüb.
Birinci rübdə adambaşına orta aylıq pərakəndə ticarət həcmi 289,2 manat təşkil edib ki, bu da nominal ifadədə 2017-ci ilin eyni dövründəki göstəricidən 16,8 manat çoxdur.
2018-ci ilin yanvar-mart aylarında ərzaq məhsullarının, içkilərin və tütün məhsullarının alınması üzrə adam başına düşən xərclər 146,6 manat, qeyri-ərzaq mallarının alınması üçün isə 142,6 manat təşkil edib.
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024