Aktivləri 1 milyard manatdan çox olan banklar- Siyahı

01.11.2021,15:35


1 noyabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə aktivləri 1 milyard manatdan çox olub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (9 431,897 milyon manat), “PAŞA Bank” (6 068,042 milyon manat), “Kapital Bank” (5 916,038 milyon manat), “Xalq Bank” (2 221,242 milyon manat) və “Bank Respublika” (1 194,328 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 7-də aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 12 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.