Azərbaycanda dövlət əmlakının daha 116 obyekti hərraca çıxarılacaq

16.04.2018,11:52


16 aprel, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.

Komitənin məlumatında, hərracın mayın 15-də keçiriləcəyi bildirilir.

“Hərraca 116 obyekt, o cümlədən 18 səhmdar cəmiyyəti, 38 kiçik dövlət müəssisəsi, 50 qeyri-yaşayış sahə, 10 nəqliyyat vasitəsi çıxarılacaq”.

Hərraca çıxarılan obyektlərlə tanış olmaq üçün, aşağıdakı linkə keçid ala bilərsiniz:

http://www.privatization.az/index.php/az/component/content/article?id=4001