Azərbaycanın turizm potensialı "COTTM 2018" sərgisində təqdim edilib

12:46 - 16.04.2018


16 aprel, Fineko/abc.az. Azərbaycanın turizm potensialı “COTTM 2018” beynəlxalq turizm sərgisində təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, sərgi Pekində aprelin 16-18-də keçirilir.

“Sərgidə, «Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkətinin nümayəndələri iştirak edir”, - məlumatda belə deyilir.

 

Вся лента