Aprelin 17-də gözlənilən hava haqqında məlumat

14:33 - 16.04.2018


16 aprel, Fineko/abc.az. Aprelin 17-də  Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi  əsəcək.

Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16,  Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət  gecə 65-70%, gündüz 45-50% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava  əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı bildirilir.

 

Вся лента