Depozit portfeli 1 mlrd manatdan çox olan banklar - Siyahı

11.11.2021,10:27


11 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (6 753,946 milyon manat), “Kapital Bank” (4 558,804 milyon manat), “PAŞA Bank” (4 528,247 milyon manat) və “Xalq Bank” (1 426,132 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.