Bakıda daha bir "Mall" tikiləcək - Foto

10:16 - 12.11.2021


12 noyabr, Fineko/abc.azBakıda yeni “Mall” tikiləcək. 

ABC.AZ-ın Banker.az-a istinadən məlumatına görə, Emin Ağalarov Bakıda “Sea Breeze Mall” tikdirir. "Mall" Bakıdakı “Sea Breeze” kurort qəsəbəsi ərazisində yerləşəcək.  
“Birinci mərhələnin ümumi ərazisi 43 min kvadrat metr təşkil edəcək. Növbəti yayda onu başa çatdırmağı planlaşdırıram”, – Ağalarov deyib.

Layihənin ümumi ərazisi gələcəkdə 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq tutacaq. Bundan əlavə, “Sea Breeze”də piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri olan altı kilometrlik bulvar planlaşdırılır. “Sea Breeze Mall”un görüntülərini təqdim edirik.


Вся лента