Azərbaycan vətəndaşları təlaşla dollar almağa başladılar

13:05 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta məntəqələrində xarici valyutanın çatışmazlığı barədə yayılmış şayiələri  şərh etdi.

Palatanın icraçı direktoru İbrahim Alışovun sözlərinə görə, ötən həftə aparılmış bazar təhlili bankların xarici valyutada tələbatının  təmin edildiyini göstərdi.

“Araşdırmaların nəticələrinə görə, əsas ticarət tərəfdaşlarda valyuta məzənnəsinin dəyişkənliyi Azərbaycanda da həmçinin psixoloji gərginlik yaradıb. Azərbaycan Mərkəzi Bankı bankları kifayət qədər nağd valyuta ilə təmin etmişdir. Amma bir psixoloji amil də mövcuddur və vətəndaşlar təlaşlanmağa başladılar, lakin dolların bahalaşması üçün heç bir makroiqtisadi əsas yoxdur”, - deyə İ.Alişov bildirib.

Onun sözlərinə görə, xarici valyuta əsasən əhali tərəfindən alınır. Ötən həftə ərzində hər bir alıcıya orta hesabla 800-1,300 dollar düşmüşdür.

 

 

Вся лента