Azərbaycanda kiçik və orta biznesin vergi yükü sadələşdiriləcək

15:05 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi kiçik və orta biznes üçün mühitin yaxşılaşdırılması üçün tədbirlər görməyə davam edir.

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, qurum, vergi qanunvericiliyinə düzəlişlər, xüsusilə kiçik və orta biznesdə vergi yükünün azaldılması və vergi inzibatçılığının asanlaşdırılması  üzərində işləyir.

“Orta və böyük biznes üçün nəzərdə tutulan dəyişikliklər, fəaliyyətin şəffaflığının artırılması, daxili hesabatların keyfiyyətinin yaxşılaşdırılması, eləcə də vergi qanunvericiliyinə uyğunluğu nəzərdə tutur”, - nazir bildirib.

Onun sözlərinə görə, bir tərəfdən, həmin tələblər bu sahibkarların rəqabətə davamlılığını yüksəldəcək, digər tərəfdən isə,  sosial infrastrukturun yaradılmasını təmin edən dövlət büdcəsinin cari xərclərinin maliyyələşdirilməsinə yönəldilən vergi daxilolmalarının təminatı olacaq.

 

Вся лента