Bakı yaz səyahətləri üçün MDB şəhərlərinin ilk üçlüyünə daxildir

17:38 - 17.04.2018


“TurStat” analitik agentliyi bu ilin yaz mövsümündə Rusiya turistlərinin səyahəti üçün MDB şəhərlərinin reytinqini tərtib edib.

Minsk, Astana, Bakı, Yerevan, Almatı, Daşkənd, Kişinyov, Bişkek, Düşənbə və Aşğabad yaz səyahəti üçün MDB şəhərlərinin ilk onluğuna daxildir.

“TurStat”ın məlumatına əsasən, Rusiya turistləri daha çox istirahət günləri turlarını seçirlər.

Bakıya yaz mövsümündə orta hesabla 3,5 gün müddətinə gəlirlər və 24 saat ərzində yaşayış və qidaya  95 dollar xərcləyirlər.

Kişinyov və Daşkənd turların ucuzluğu üzrə, Astana və Bakı isə “lüks” istirahət üzrə liderdirlər.

Yazda turistlər üçün MDB-in 10 populyar şəhəri:

1. Minsk (Belarus)

2. Astana (Qazaxıstan)

3. Bakı (Azərbaycan)

4. Yerevan (Ermənistan)

5. Almatı (Qazaxıstan)

6. Daşkənd (Özbəkistan)

7. Kişinyov (Moldova)

8. Bişkek (Qırğızıstan)

9. Düşənbə (Tacikistan)

http://turstat.com/bestciscitytravelcityspring2018

 

 

Вся лента