Elektromobil istehsalı artıb - Tələbat çoxalır

17:11 - 18.11.2021


18 noyabr, Fineko/abc.az. Bu ilin 9 ayında dünyada 2,9 milyon elektrikli avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “JATO Dynamics” analitik şirkəti məlumat yayıb. Şirkətin hesablamalarına görə kommersiya nəqliyyatı, Yaxın Şərq, Mərkəzi Asiya və Latın Amerika regionlarının bir hissəsindəki satışlar daxil edilməyib.

Beləliklə qlobal avtomobil bazarında elektromobillərin payı 5,8 %-ə çatıb.

Вся лента