Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsini keçirdi

17:56 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi bu gün dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçirib.

“Bakı Fond Birjası” QSC-in xəbər verdiyi kimi, aprelin 17-də Maliyyə Nazirliyi AZ0104003683 ISIN-li, manatla nominasiya edilmiş DQİ satıb. İstiqrazlar 35 milyon manat məbləğində, 364 gün müddətinə təklif edilmişdir.

12 investordan 137 442,3 min manat məbləğində DQİ-in alışına dair 25 sifariş daxil olmuşdur. İnvestorlar DQİ üçün 88,5514 manatdan (illik gəlirlilik iddiası 12,9999%) 93,4915 manata (6,9999%) qədər təklif etmişlər.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 91,8685 AZN (gəlirlilik 8,9000%), orta ölçülmüş qiymət isə 92,5841 AZN (8,0540%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 35 milyon manat məbləğində DQİ satılmışdır.

 

 

Вся лента