Azərbaycan Dövlət Neft Fondunun aktivləri 5,1% artıb

15:53 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1 aprel 2018-ci il tarixinə 5,1% artıb.

Fondun məlumatına əsasən, Fondun aktivləri ilin əvvəlindən 35806,5 milyon dollardan 37631,7 milyon dollara qədər artıb, gəlirləri  4424,2 milyon manat səviyyəsində, xərcləri isə 2344,2 milyon manat səviyyəsində qiymətləndirilir.

2017-ci il ərzində gəlirlərin əsas hissəsini PSA müqavilələri üzrə daxilolmalar (4303,3 milyon manat) təşkil etmişdir, o cümlədən neft və qaz satışından 3,353 milyon manat, bonus ödənişləri 765,2 milyon manat və tranzit gəlirlər 5,1 milyon manat təşkil etmişdir. Vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər təxminən 120,9 milyon manat təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirlər 779,9 milyon manat təşkil etmişdir.

Dövlət büdcəsinə 2299,0 milyon manatlıq transfert xərclərin əsasını təmin edib,  qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 30,3 milyon manat ayrılıb, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına – 8,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,4 milyon manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 0,5 milyon manat ayrılmışdır. Birinci rübdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,9 milyon manat təşkil etmişdir.

 

Вся лента