Bakı Nəqliyyat Agentliyi İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv oldu

16:17 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (International Association of Public Transport) üzv oldu.

BNA-in məlumatında deyilir ki, təşkilata üzvlük agentliyin beynəlxalq təcrübəyə çıxışını təmin edəcək və dünyanın şəhərlərində çalışan mütəxəssislərlə əlaqə yaratmağa kömək edəcək.

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya 1400-dən çox şəhər və regional şirkətləri - şəhər və şəhərətrafı sərnişin daşımaları üzrə nəqliyyat operatorları, 96-dan çox ölkədən dəmir yolu istehsalçıları və tədqiqat təşkilatlarını birləşdirən böyük bir beynəlxalq təşkilatdır.

Assosiasiya ictimai nəqliyyatda müasir texnologiyaların hazırlanmasında iştirak edir və onların inkişafı və tətbiqi üzrə tövsiyələr verir, müxtəlif tədqiqat və təlim proqramları həyata keçirir.

 

 

Вся лента