Azərbaycan buğda idxalını artırıb

30.11.2021,15:27


30 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi 2021-ci ilin yanvar-oktyabr ayları üzrə bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın  məlumatına görə, sözügedən dövrdə Azərbaycana 890 233.18 ton həcmində, 246 254.95 min ABŞ dollar dəyərində buğda idxal olunub. Müqayisə üçün qeyd edək ki, bu göstəricilər 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən həcm baxımından 251 375.39 ton və ya 22% az, dəyər müqayisəsində isə 2 810.1 və ya 1.2% çoxdur.