Qəzaya uğrayan helikopterlə bağlı cinayət işi açıldı

16:30 - 30.11.2021


30 noyabr, Fineko/abc.az.   Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə,  hadisə nəticəsində 14 nəfər həlak olmuş 2 nəfər xəsarət alıb.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Вся лента