Səfər Mehdiyev: Cari ildə gömrük xətti ilə büdcə ödənişləri artıb

17:27 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-noyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,19 % əməl edib.

ABC.AZ xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.

S.Mehdiyev qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 396,3 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

 

Вся лента