"Petkim" gələn il təmir işlərinə dayandırılacaq

17:33 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. SOCAR-ın Türkiyədəki "Petkim" neft-kimya kompleksi gələn il planlaşdırılmış təmir işləri üçün dayandırılacaq.

ABC.AZ apa-ya istinadla xəbər verir ki, bunu "SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, təmir işləri ilin ikinci yarısında həyata keçiriləcək.

A. Məmmədov onu da əlavə edib ki, "Petkim"in "STAR" Neft Emalı Zavodunun inteqrasiyası davam etdirilir, idarəetmə məsələlərində bu proses artıq başa çatıb, lakin IT (o cümlədən rəqəmsallaşdırma daxil olmaqla) sahəsində bu proses hələ davam edir.

A. Məmmədov əlavə edib ki, müəssisələrin inteqrasiyası işləri çərçivəsində artıq illik 35-40 mln. dollar həcmində qənaət əldə edilib.

 

Вся лента