Valyuta hərracının sonunda ortaçəkili məzənnə əvvəlki səviyyədə qaldı

13:13 - 19.04.2018


19 aprel, Fineko/abc.az. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilmişdir.

“Valyuta hərracının yekununda manatın ortaçəkili məzənnəsi  bir dollara 1,7000 AZN səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Aprelin 17-də keçirilmiş daha əvvəlki hərracda ortaçəkili məzənnə həmçinin 1 dollara 1,7000 manat təşkil etmişdir.

 

 

Вся лента