Neft Fondunun gəlirliliyi azalacaq - Gələn ilin proqnozu

10:17 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsi ilə bağlı rəy verib.

ABC.AZ-ın məlumatına görə, rəydə bir çox məsələlər yer alıb.

Qeyd edilib ki, Fond tərəfindən 9 aylıq icra nəticələrinə əsasən aktivlərin idarəedilməsindən 1 milyard 333,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edilmiş, büdcədənkənar xərcləri isə 1 milyard 171 milyon ABŞ dolları təşkil edib ki, Fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis gəliri 162,1 milyon ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, 2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 715,8 milyon ABŞ dolları və ya 1 milyard 216,8 min manat olması proqnozlaşdırılır.

Bu da manat ifadəsilə 2020-ci ilin müvafiq icra göstəricisindən 761,8 milyon manat və ya 38,5% az, 2021-ci ilin proqnoz göstəricisindən 457,1 milyon manat və ya 60,2% çox, 2021- ci ilin gözlənilən icra göstəricisindən 265,6 milyon manat və ya 17,9% azdır.

Müəllif: Elmir Murad

Вся лента