Tovuz çayı üzərində yeni körpü inşa edilir - Foto

15:29 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Tovuz çayı üzərində 290,42 metr uzunluğa malik körpü inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a daxil olan məlumata görə, Tovuz çay körpüsü M2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində inşa edilir.

Körpüdə 2 hərəkət hissə, sağ və sol tərəfdə mühafizə zolağı və hər iki tərəfdə piyada yolunun olması nəzərdə tutulub. Tovuz çay körpüsü ilə yanaşı, layihə çərçivəsində 27 m-dən 290 m-ə qədər uzunluqlara malik 41 körpünün (yol qovşağı, yol ötürücüsü, körpü) inşası davam etdirilir.

 


Вся лента