“Azersun Holding”ə yaxın yeni şirkət yaradılır

16:26 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. “Azersun Holding”ə yaxın daha bir yeni şirkət təsis edilib.

ABC.Az Banker.az-a  istinadən xəbər verir ki, “Azersun Holdinq”in Kənd təsərrüfatı üzrə baş direktoru, İran İslam Respublikası vətəndaşı Məhəmməd Gözəlin (Mohammad Gouzal) rəhbəri olduğu “Mona” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505662861) dövlət qeydiyyatına alınıb.

“Mona” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev.58C m.2 ünvanında  5 000 manat nizamnamə kapitalı ilə yaradılıb.

Məhəmməd Gözəl, həmçinin 2021-ci ilin fevralında yaradılmış “Binə Plastik Zavodu” MMC-nin də qanuni təmsilçisi kimi təqdim edilir.

Вся лента