Bakıda metro istifadəçilərinin sayı artıb

13:38 - 20.04.2018


20 aprel, Fineko/abc.az. Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı artıb.

Azərbaycanın Dövlət Statistika Komitəsindən xəbər verilir ki, 2018-ci ilin yanvar-mart aylarında yeraltı nəqliyyat növündən 56,4 milyon nəfər istifadə edib.

“Metro istifadəçilərinin sayı keçən ilin birinci rübünə nisbətən 1,9% artıb”, - məlumatda belə deyilir.

 

Вся лента