Azərbaycan Turizm Assosiasiyası resepsionistlər üçün kurslar təşkil edir

13:59 - 20.04.2018


20 aprel, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) resepsionistlər üçün kurslar keçirəcək.

AZTA-nın məlumatında deyildiyi kimi, kurslar  “Baku Guide Service”in nəzdində keçiriləcək.

“Kurslar iki ay müddətində davam edəcək,  iştirak haqqı 350 manat təşkil edəcək. Dərslər azərbaycan və rus dillərində keçiriləcək. Kurslara iştirak üçün müraciətlər 1 may tarixinə qədər qəbul edilir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, kursların keçirilməsində məqsəd  turistləri yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün yeni və peşəkar resepsiyonistlərin hazırlanması, onların peşə səviyyəsinin artırılmasıdır.

 

 

Вся лента