Nizami parkı yenidən qurulur - Foto

16:02 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Nizami parkında yenidənqurma işləri sürətlə davam etdirilir.

ABC.AZ  Banker.az-a istinadən xəbər verir ki, burada ictimai və yaşıllıq zolaqları, uşaq meydançası, aktiv idman meydançası, ev heyvanlarının gəzinti yeri, bayram tədbirlərinin keçirilməsi üçün amfiteatr, flora və faunası olan göl salınır.

Qeyd edək ki, Park tikintisi davam edən Ağ Şəhər layihəsinin ərazisinə daxildir. Yenidənqurmadan sonra parkın sahəsi iki dəfədən çox artacaq – indi 8,2 hektardırsa, abadlıq işlərindən sonra 16 hektar olacaq.

Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nizami Parkının yenidən qurulmasından olan görüntüləri təqdim edirik.

 


Вся лента