Asiya İnkişaf Bankından Azərbaycanla bağlı proqnoz

10:47 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Mərkəzi Asiya regionunda bu il ümumi daxili məhsulun (ÜDM) artım proqnozu əsaslı surətdə artırılaraq 4,1%-dən 4,7%-ə yüksəldilib.

ABC.AZ xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilir.

Qeyd olunub ki, bu da, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın ilin ilk 3 rübündə ümumən dayanıqlı iqtisadi bərpası hesabına yaxşılaşan proqnozu əks etdirir.

Sənədə əsasən, gələn il, subregionda artım proqnozu Azərbaycan, Ermənistan, Qazaxıstan və Tacikistan üçün daha yaxşı perspektivlər hesabına 4,2%-dən 4,4%-ə qaldırılıb.

Subregionun ən böyük iqtisadiyyatı olan Qazaxıstanın ÜDM-si, bu ilin yanvar-sentyabr aylarında 3,4% artıb.

 

Вся лента