ARDNŞ: “Azəri-Çıraq-Günəşli” yatağından gəlirli neftin payı 56,6%-ə çatdırılıb

11:51 - 23.04.2018


23 aprel, Fineko/abc.az. Azərbaycan dünyanın neft və qaz bazarında öz mövqeyini gücləndirməkdə davam edir.

“Downstream Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” III Beynəlxalq Forumu zamanı ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, artıq 19 ildir ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” yatağından gəlirli neft əldə edir.

“19 il ərzində yataqdan əldə edilən gəlirli neftin payı 56,6%-ə çatdırılıb», - Xoşbəxt Yusifzadə belə deyib.

Onun sözlərinə görə, yataqdan bu günə qədər  451 milyon ton neft və 144 milyard kubmetr qaz hasil edilib.

 

Вся лента