Azərbaycan prezidenti Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

12:34 - 23.04.2018


23 aprel, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

Görüşdə qeyd edildi ki, iki ölkə arasındakı  münasibətlər müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf edir.

Prezident İlham Əliyev, ötən ildə ticarət dövriyyəsinin artımını, həmçinin bu ilin birinci rübünün nəticələrini, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin yaxşı göstəricisi kimi qiymətləndirdi.

Dövlət başçısı vurğuladı ki, iqtisadi əlaqələr, ölkələrimizin birgə fəaliyyəti, həmçinin, müxtəlif müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi nəticəsində möhkəmləndirilmişdir. O, həmçinin iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə inandığını bildirdi.

Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiyanın Prezidenti Vladimir Putinin təbriklərini Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin siyasi və iqtisadi siyasətinə xalğın dəstək olmasının ifadəsidir və Azərbaycanda sabitlik böyük əhəmiyyət kəsb edir. Maksim Oreşkin qeyd etdi ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində bir sıra ciddi addımlar atılıb.

Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

 

Вся лента