Azərbaycan Turizm Assosiasiyası ölkənin xarici nümayəndəlikləri ilə əməkdaşlığı genişləndirir

15:51 - 23.04.2018


23 aprel, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) xaricdə ölkənin nümayəndələri ilə əməkdaşlığı genişləndirir.

Assosiasiyanın məlumatında  qeyd olunduğu kimi, AZTA-nın  İdarə Heyətinin üzvü Göydəniz Qəhrəmanov Azərbaycanın Hindistanda yeni təyin olunmuş səfiri Əşrəf Şıxəliyevi qəbul etdi.

“Görüşdə tərəflər  turizmin inkişafı və inkişaf perspektivləri sahəsində nailiyyətləri müzakirə  etdilər, G.Qəhrəmanov səfirə,  yanvar ayında AZTA-nın Hindistanda açılan nümayəndəliyi barədə və nümayəndəliyin  Azərbaycana turist axınının artmasını təmin etmək üçün ciddi işlər apardığı barədə  məlumat verib”, - məlumatda belə deyilir.

Məlumatda  deyilir ki, səfir AZTA-nın fəaliyyətini yüksək qiymətləndirib və Hindistanın Azərbaycana turist axınının artmasını təmin etmək üçün assosiasiyasının Hindistanda həyata keçirdiyi bütün layihələrini dəstəkləməyə davam edəcəyinə söz verib.

 

 

Вся лента