AccessBank proqram təminatının əldə olunmasına dair tender elan edir

24.04.2018,11:35


24 aprel, Fineko/abc.az. Bankın məlumatında deyilir ki, tender Atlassian JIRA ServiceDesk lisenziyasının, Palo-Alto lisenziyasının və  Cisco C600V – Email Security Virtual Appliance lisenziyasının əldə edilməsi üçün elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 201 07 98 nömrəsinə müraciət edə bilərlər. 
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2018-ci il mayın 2-də başa çatır. 

Ключевые слова: Accessbank