Bank “BTB” 298,36 min manat mənfəət əldə edib

13:00 - 24.04.2018


24 aprel, Fineko/abc.az. Bank “BTB” birinci rübdə  fəaliyyətinin nəticələrini açıqladı.

“BTB”-in məlumatında deyilir ki,  bankın aktivləri 290 269,7 min AZN təşkil edir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

“Bankın kredit portfeli  keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb. Hesabat dövründə depozit portfelinin həcmi 66,076.37 AZN təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, bankın mənfəəti ilk rübdə 298,36 min manat təşkil edib.

Bankın ümumi kapitalı normativ tələblərə cavab verir və 54,057,43 min manat təşkil edir, bankın nizamnamə kapitalı 66,450 min manat təşkil edir.

 

Вся лента