Rusiya aviaşirkəti Moskva-Qəbələ reysi üçün bilet satışına başlayır

16:14 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Rusiyanın “Nordwind” aviaşirkəti yeni açılan Moskva-Qəbələ reysi üçün bilet satışına başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Aviaport”dan bildirilib.

Uçuşların “Boeing 737-800” təyyarəsində həyata keçirilməsi planlaşdırılır.

3 saat davam edəcək uçuşlar yanvar ayının 16-dan etibarən hər həftənin bazar günü həyata keçiriləcək.

 

Вся лента