Azərbaycan Vyetnama şirə və spirtsiz içkilər ixrac edəcək

14:13 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib.

Mərkəzdən ABC.AZ-a verilən məlumata görə, sertifikatlar Vyetnama Azərbaycan istehsalı olan yeddi adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün verilib.

Qeyd edilib ki, ümumilikdə 2018 - ci ilin aprel ayından 2021 - ci il dekabr ayına kimi 622 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub.

Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub – Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsullarının çıxışı asanlaşdırıb.

 

Вся лента