“Azərbaycan Dəmir Yolları” qatar parkını yeniləyir

15:03 - 24.04.2018


24 aprel, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC qatar parkının yenilənməsini elan etdi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin tarif siyasəti və marketinq şöbəsinin müdiri Əli Qasımov bildirib ki, 50 yeni lokomotiv və 1600 yeni yük vaqonunun alınması planlaşdırılır.

“Bu günədək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik yolunun 503 km-i əsaslı təmir olunub, 23 stansiyada yeni avadanlıq quraşdırılıb, 3100 yük vaqonu alınıb”, - Ə.Qasımov bildirib.

 

Вся лента