Azərbaycan Mərkəzi Bankı sabah 300 milyon manat məbləğində notlar təklif edəcək

17:20 - 24.04.2018


24 aprel, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının  yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyildiyi kimi, hərrac aprelin 25-də keçiriləcək.

“Hər birinin  nominal dəyəri 100 manat olmaqla, ümumilikdə 300 milyon manat məbləğində notlar təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - məlumatda belə deyilir.

 

 

Вся лента