“Saudi Aramco” Azərbaycanda öz nümayəndəliyini qeydiyyatdan keçirib

11:45 - 25.04.2018


25 aprel, Fineko/abc.az. Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti Azərbaycanda nümayəndəliyini qeydiyyatdan keçirib.

Vergilər Nazirliyinin məlumatına görə, nümayəndəliyin nizamnamə kapitalı 10 min avro səviyyəsində qeydə alınıb.

Şirkətin rəsmi nümayəndəsi Talal Almarri Husaindir.

 

Вся лента