Aprelin 26-da Azərbaycanda gözlənilən hava durumu

14:31 - 25.04.2018


25 aprel, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, sabah Bakıda və Abşeronda hava  dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. 

Abşeronda gecə 7-10, gündüz 17-22,  Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

 

Вся лента